XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı şairə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib
ÜMÜMİ XƏBƏRLƏR
22/08/2024 09:21

Azərbaycanlı şairə Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid sözügedən qurumun tarixindən və ədəbiyyatın inkişafında oynadığı roldan söz açıb. O, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrin, o cümlədən türkdilli ölkələrlə əlaqələrin yaradılmasındakı rolundan danışıb.

Azərbaycanlı şair və yazıçıların təşkilata üzv olmasının əhəmiyyətindən söz açan S.Seyyid şairə Xuraman Muradovaya Özbəkistan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edib.

Daha sonra çıxış edən şairə ona göstərilmiş etimadı yüksək qiymətləndirərək gələcəkdə daha böyük həvəs və əzmlə çalışacağını, iki qardaş ölkə poeziyasevərlərinin zövqünü oxşayacaq əsərlər qələmə alacağını söyləyib.

Çıxış edənlər Xuraman Muradovanı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.

Baxış sayı: 456