XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı dirijor MDB-nin dövlətlərarası layihəsi çərçivəsində Başqırdıstanda çıxış edəcək
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2024 14:52

Azərbaycanın məşhur musiqi sülaləsinin nümayəndəsi, dirijor Murtuza Bülbül Rusiya və Türkmənistandan olan həmkarları ilə birlikdə MDB-nin Gənclər Simfonik Orkestri və Başqırdıstanın Dövlət Akademik Simfonik Orkestri ilə birgə Başqırdıstan Respublikasında konsertlə çıxış edəcək.

AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, konsert sentyabrın 17-də, Ufada, MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu layihəsi çərçivəsində təşkil olunacaq.

Konsert proqramı rus və xarici bəstəkarlarının şah əsərlərini ehtiva edir.

Murtuza Bülbül Rusiya Federasiyasının Xalq artisti Sergey Skripka, Dmitri Kryukov, Konstantin Naumenko, Rəsul Klıçov kimi dirijorlarla bir səhnəni bölüşəcək.

Qeyd edək ki, Murtuza Bülbül opera müğənnisi, SSRİ Xalq artisti, professor Bülbülün nəvəsi, bəstəkar və müğənni, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun oğludur.

 

Baxış sayı: 149