XƏBƏRLƏR
MƏLUMAT
"Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2025 14:59

Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə "Dövlət Suverenliyi Günü"nə həsr olunmuş "Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, elm və təhsil işçiləri, “N” saylı hərbi hissənin zabitləri, Vətən müharibəsi iştirakçıları və rayon gəncləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsı ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, 20 sentyabr - Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gündür. Sərhədlərimizin toxunulmazlığının,  ərazilərimizin bütövlüyünün rəsmi təsdiqi olan Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.

Baxış sayı: 27