İstanbulda Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın fərdi sərgisi açılıb. Sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində təşkil edilib.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvü “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin təşkilatçılığı ilə açılan sərgidə Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus nadir xalçalar nümayiş etdirilir.
Elnarə Rəsulova AZƏRTAC-a müsahibəsində sərgiyə yetmişdən artıq xalça ilə yanaşı, ölkəmizə məxsus qədim kəlağayılar və muzey əhəmiyyətli tikmələrin surətlərini də təqdim etdiyini deyib: “Bu tikmələr, sadəcə, muzeylərdə sərgilənir. Elə buna görə də mən onları öz kolleksiyama ancaq surətini sala bilmişəm. Əsərlər arasında ilk dəfə ictimaiyyətə Laçında təqdim edilən, 2 il 4 aya ərsəyə gələn və Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – Oğul Zəfəri” və “Türkiyə-Azərbaycan” adlı xalçalar da yer alır. Burada əsas məqsəd “Bir millət, iki dövlət” olaraq addımlayan Türkiyə-Azərbaycan birliyinin ortaq mədəni irsini dünyaya nümayiş etdirməkdir. Eksponatlar arasında mənə məxsus 17-dən çox əsər var. Bunlar da dünya muzeylərində yer alan xalçaların replikalarıdır. Bəzi xalçalar natamam şəkildə, yəni toxunma ipləri ilə birlikdə sərgilənir. Bu, əsərin muzey surəti olmasından irəli gəldiyi kimi, həm də onun ərsəyə gəlməsində istifadə olunan ipin tərkibi və əl işi toxunması prosesini nümayiş etdirir”.
Hədəfinin türkdilli xalqlara məxsus xalçaları bir kolleksiyada toplayaraq ortaq mədəni irsimizi dünyaya nümayiş etdirmək olduğunu qeyd edən Elnarə Rəsulova deyib: “Bununla bağlı artıq dünyanın müxtəlif ölkələrində sərgilərimiz olub. Burada əsas məqsəd ermənilərin mənimsəməyə çalışdığı mədəni irsimizi dünyada tanıtmaqdır. Misal üçün, dünya muzeylərində yer alan və ermənilər tərəfindən mənimsənən Laçının “Qasımuşağı” çeşnilərinin əksini tapdığı xalçamız da əsərlər arasında yer alır və bunun Azərbaycanın mədəni irsi olduğu bildirilir.
Bunların arasında “Çələbi”, “Xətai” əjdahalı xalçası kimi əsərlərimiz də var. Bu, bir növ mədəni irsimizin qorunması üçün mənim ermənilərə qarşı açdığım savaşdır. Dünya bu irsin Azərbaycana məxsus olduğunu bilməlidir”.
Sərgi ilə bağlı danışan təşkilatçı, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal isə dünyanın dörd bir yanından milyonlarla turistin ziyarət etdiyi İstanbulda belə bir tədbirin ərsəyə gəlməsində iştirak etdiyi üçün çox qürurlu olduğunu deyib: “Sərgi İstanbulun ən çox turistin gəldiyi Ortaköy rayonunda açılıb və artıq gördüyünüz kimi, türklərlə yanaşı, xarici vətəndaşların da böyük marağına səbəb olub. Azərbaycan mədəni irsinin dünyada tanıdılmasında bizim də bir payımızın olması azərbaycanlı olaraq qürurvericidir”.
Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, İstanbulun tarixi Beşiktaş Kütheda Hamamı Mədəniyyət Mərkəzində açılan sərgidə nümayiş olunan əsərlər arasında XVII əsrə aid xalçalar da yer alır.


- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib