XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar artisti, dramaturq, Mirmahmud Kazımovskinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2023 00:02

Mirmahmud Mirələkbər oğlu Kazımovski 1882-ci il fevralın 27-də Bakının Bilgəh kəndində doğulub. Həbib bəy Mahmudbəyovun üçsinifli rus-tatar məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə Cahangir Zeynalovun “Ev Teatrı”nda başlayıb, sonralar “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çalışıb.

1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olub. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib. Azərbaycanın ilk peşəkar aktyorlarından olub. Qadınlardan ibarət aktyor heyəti olmadığı bir zamanda qadın rollarında da çıxış edib.

Bir çox tamaşaların rejissoru olub, bir neçə pyes və vodevil yazıb. Bir müddət məktəblərdə rus dili, rəsm, nəğmə, hesab və idman dərsləri aparıb. Azərbaycanda idmana aid ilk dərsliyin müəllifidir. “Neft və milyonlar səltənətində”, “Bismillah”, “Bakılılar”, “Kəndlilər”, “Sovqat” filmlərində aktyor kimi maraqlı obrazlar yaradıb.

Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də Bakıda vəfat edib.

Baxış sayı: 228