XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 16:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adı mühazirə keçirilib.

Tədbirdə Yasamal rayon 286 və 308 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk olaraq tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin gənclər üçün vətənpərvərlik məktəbi olan zəngin siyasi irsi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlar və kitablar haqqında ətraflı məlumat verilib. Sonra “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adlı mühazirə dinlənilib və film nümayiş olunub.

Baxış sayı: 27