XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın dahi sənətkarı Mirzəağa Əliyevin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2023 10:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə  M.A.Əliyev adına  Mədəniyyət Evində  Azərbaycanın dahi sənətkarı, fitri komediya istedadına malik unudulmaz aktyor Mirzəağa Əliyevin  anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mirzəağa Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub və aktyorun 1945-ci ildə rol aldığı “Arşın mal alan” filmindəki Məşədi İbad, eləcə də “Hacı Qara” filmində canlandırdığı Hacı Qara obrazından monoloq şəklində səhnəciklər nümayiş olunub.

Tədbirin qonaqları çıxışlarında Mirzəağa Əliyevin milli kino və teatr sənətimizin inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, illər keçsədə unudulmaz aktyorun  özünəməxsus ustalığı ilə yaratdığı obrazlar hər zaman yad ediləcək və daim xalqımızın, onu sevənlərin ürəyində yaşayacaqdır.

Baxış sayı: 178