Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyinə həsr olunan ədəbi-bədii gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin tanınmış qələm adamlarının, Azərbaycanın görkəmli şair və yazıçılarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yubiley gecəsini giriş nitqi ilə AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu açıb. O, AYB-nin XX əsr Azərbaycan tarixində misilsiz rolundan danışıb, qurumun yubileyinin ilk dəfə bütöv Azərbaycanda keçirilməsini tarixi hadisə adlandırıb.
AYB-nin fəaliyyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirdiyini deyən Səlim Babullaoğlu birliyin onun qarşısına qoyulan missiyanı böyük uğurla yerinə yetirdiyini bildirib.
AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək 1937-ci il repressiya qurbanlarının xatirəsini yad edib, onların nakam talehlərindən söhbət açıb. AYB-nin 90 illik keşməkeşli və şərəfli tarixi, yazıçı-şairlərimizin fəaliyyəti, ədəbiyyatımızın inkişafı barədə fikirlərini bölüşən Xalq yazıçısı Anar müstəmləkəçilik dövründə Azərbaycan dilinin yaşadılmasında, təbliğində yazıçı-şairlərin böyük rolunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən ədəbiyyatımıza, mədəniyyətimizə xüsusi diqqət və qayğı göstərdiyini deyib.
Xalq yazıçısı Anar AYB-nin yubileyi ilə əlaqədar ölkəmizə müxtəlif türk dövlətlərindən qonaqların təşrif buyurduğunu söyləyib, qonaqlarla birgə ötən üç gün ərzində Şuşadakı səfərin təəssüratını bölüşüb. O, Ali Baş Komandanın və şanlı Ordumuzun şücaəti nəticəsində Şuşanın, bütöv Qarabağın azadlığının böyük tarixi səadət olduğunu vurğulayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə çıxışında AYB-nin keçdiyi yola nəzər salıb, qurumun ölkəmizdə ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında, eləcə də yazıçılar nəslinin yetişməsində müstəsna xidmətləri olduğunu bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyi daim azərbaycançılıq ideologiyasına şərəflə və məsuliyyətlə xidmət edib və xalqımızın ən görkəmli yazıçıları bu quruma rəhbərlik ediblər. Sovet hakimiyyətinin ən sərt illərində belə AYB ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib.
Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinə sədrliyini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli onun AYB-ni öz fəaliyyətində yeni mərhələyə qaldırdığını, Azərbaycan ədəbiyyatının keşiyində dayandığını, eləcə də yazıçı və şairlərimizin yeni nəslinin yetişməsində mühüm işlər gördüyünü vurğulayıb. O, həmçinin AMEA ilə AYB-nin arasındakı sıx əlaqələrdən bəhs edib.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazir Adil Kərimlinin adından yazıçı və şairləri 90 illik yubiley münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir müavini tədbirdə türk dövlətlərindən gələn qonaqların iştirakını ədəbi-mədəni əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib.
AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev indiyə qədər birliyin sədri olmuş görkəmli şəxsiyyətlərin üzləşdiyi haqsızlıqlardan danışıb. O, həmçinin Birinci Qarabağ savaşında övladı şəhid olmuş 11 yazıçı-şairin xatirəsini ehtiramla yad edib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, məşhur türk şairi Ataol Bəhramoğlu, Türkiyənin “Elm və Ədəbiyyat Əsəri Sahibləri” İctimai Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzo, AYB-nin Ağsaqqallar şurasının sədri Xalq şairi Nəriman Həsənzadə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli çıxış edərək təbriklərini çatdırıblar.
Yubiley tədbirində AYB-nin katibi İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı şeirlərini səsləndiriblər.
AYB sədrinin müşaviri, şair Sayman Aruz o taylı-bu taylı ədəbiyyatımızın ağrılarından, Araz boyda həsrətin ədəbiyyatımızdakı inikasından, Azərbaycanda yazıb-yaratmış güneyli yazıçı-şairlərdən bəhs edib.
Tədbir əbədi-bədii hissə ilə davam edib.



- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib