XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 09:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə rəsmilər, rayon idarə və müəssisələrinin nümayəndələri, FHN Akademiyasının kursantları və məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edənlər bildiriblər ki,  Azərbaycanın suverenlik yolunda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri mühüm yer tutur. Onun rəhbərliyi ilə müstəqil dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik və hüquqi dövlət quruculuğu təmin edilib. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın suverenliyinin gücləndirilməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Bədii hissədə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifalarında rəqs və musiqi nömrələri təqdim olunub.

Daha sonra Mərkəzdə keçirilən tədbirlərdə ,“Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə məktəblərdə keçirilən açıq dərslərdə fəal iştiraklarına görə şagirdlər təltif olunublar.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 24