XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan-Türkiyə: bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2024 15:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə  Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə: bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rəsmilər, elm və mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 1923-cü il oktyabrın 29-da təsis edilmiş Türkiyə Cümhuriyyətinin formalaşması, keçdiyi tarixi yol, qədim və zəngin qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan – Türkiyə dostluğu, bu dostluğun tarixin müxtəlif mərhələlərində keçdiyi sınaqlar barədə ətraflı məlumat verilib.

Sonda “Bir millət, iki dövlət” adlı videoçarx nümayiş etdirilib.

Baxış sayı: 19