XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2024 11:21

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar günlə bağlı Milli Kitabxanada “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan radio və televiziyasının tarixi, inkişaf yolu, müasir Azərbaycan televiziya efirində struktur nəzəriyyəsi, efir məkanının problemləri, radio-televiziyanın ədəbi dili, prinsipləri, reallıqlari, perspektivləri və s. mövzularda yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, 1926-cı il noyabrın 6-da ölkəmizdə ilk dəfə radio proqramı - “Danışır Bakı!” efirdə yayımlanıb. Bununla da, Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyulub.

Baxış sayı: 154