XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan tarixinin şanlı səhifəsi”adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/09/2024 11:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr-Anım Günü ilə əlaqədar “Azərbaycan tarixinin şanlı səhifəsi”adlı tədbir keçirilib.

Əvvəlcə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətənimizin azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxışçılar 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədi ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əks hücüm əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımızın  azad edildiyini bildiriblər.

Sonda “Zəfər tarixinin başlanğıcı” adlı mühazirə dinlənilib,  “Unudulmaz Qəhrəmanların izi ilə” adlı film nümayiş olunub.

Baxış sayı: 63