İlk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən aparılacaq. 2025/2026-cı tədris ilinə təhsilalanların qəbulu üçün qeydiyyat “My Culture” vahid şəxsi kabineti vasitəsilə 2025-ci il aprelin 25-dən başlayacaq və mayın 25-dək davam edəcək.
Mədəniyyət Nazirliyi sistemində təhsilin keyfiyyətinin yüksəldilməsi, xidmətlərin rəqəmsallaşdırılması, informasiya sistemləri ilə inteqrasiya və ictimaiyyətlə çevik ünsiyyətin gücləndirilməsi istiqamətində geniş islahatlar davam etdirilir. Bu məqsədlə tətbiq edilən “My Culture” platforması vətəndaşlarla daha şəffaf, əlçatan və funksional əlaqənin qurulmasına xidmət edir.
Elektron qeydiyyat prosesi çevik xidmətin təşkili və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Namizədlər (18 yaşına çatmayanların valideyni və ya qanuni nümayəndəsi) əlavə vaxt itirmədən və təhsil müəssisəsinə fiziki olaraq getmədən qeydiyyatdan keçərək elektron formada müraciət edə biləcəklər. Bununla əlaqədar müraciət edən şəxsin "Digital.Login" qeydiyyatının olması zəruridir. Qeydiyyatdan uğurla keçmiş namizədlər iyun ayı ərzində əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edəcəklər.
Qəbul üç əsas istiqamət üzrə həyata keçirilir: musiqi, rəssamlıq və xoreoqrafiya. Müraciət edən şəxslər qeydiyyat zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayonu) seçmək imkanı əldə edirlər. I sinfə qəbul üçün yaş hədləri təhsil müddəti və ixtisas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilib: 7 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, simli alətlər) 6 yaşdan 8 yaşadək, xor sinfinə 7 yaşdan 10 yaşadək; 5 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, xalq çalğı, simli və nəfəs alətləri) 8 yaşdan 12 yaşadək, xanəndəlik və vokal siniflərinə 7 yaşdan 11 yaşadək, xoreoqrafiya sinfinə 6 yaşdan 10 yaşadək; 4 illik təhsil üzrə rəssamlıq sinfinə 8 yaşdan 12 yaşadək. Bundan əlavə, məktəblərin I sinfinə ödənişli əsaslarla qəbul zamanı aşağı yaş həddi saxlanılmaqla yuxarı yaş həddi 29 yaş müəyyən olunub.
Musiqi sahəsi üzrə 5 illik və ya 7 illik tam kursu bitirmiş məzunlar onbirillik musiqi məktəblərində təhsillərini davam etdirmək üçün elektron qaydada müraciət edərək VIII sinfə qəbul imtahanlarında iştirak edə bilərlər.
Qəbul imtahanlarının vaxtı və yeri barədə məlumatlar şəxsi kabinet, SMS məlumatlandırma xidməti və elektron poçt vasitəsilə namizədlərə təqdim olunacaq.
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür