XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2025 09:32

Mərakeşdə 30-cu Rabat Beynəlxalq Kitab sərgisi keçirilir. Aprelin 28-dək davam edəcək sərgidə 51 ölkədən 775 nəşriyyat iştirak edir. Azərbaycan kitab tədbirində öz stendi ilə təmsil olunur.

Sərgidə 100 mindən çox nəşr ziyarətçilərə təqdim edilir. Sərgi müddətində gün ərzində 26 tədbir keçirilməsi planlaşdırılır.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin nümayəndəsi Kamran Musayev AZƏRTAC-ın Rabatdakı müxbirinə müsahibəsində deyib ki, Mədəniyyət Nazirliyi və səfirliyimizin dəstəyi ilə qurulmuş stenddə ziyarətçilər Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti haqqında ətraflı məlumat ala bilərlər.

Baxış sayı: 29