XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan nümayəndə heyəti Bişkekdə səmimi qarşılanıb
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2025 09:26

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Mədəniyyəti Günləri başlanır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər və media təmsilçiləri Bişkekə səfər ediblər.

Bişkek şəhərinin Manas Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətinin səmimi qarşılanma mərasimi olub. Dost ölkənin incəsənət kollektivləri qırğız və Azərbaycan nəğmələrini ifa edib, milli rəqslərini nümayiş etdiriblər.

20-25 aprel tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq.

 

Baxış sayı: 37