Mayın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.
Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.
Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə "Xalçaçı günü" peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti"nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.
Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib. Sonra sərginin açılışı olub.
Sərgidə Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq məktəbinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanılmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.
Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.
Sərgi mayın 10-dək davam edəcək.
Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fond”unu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.









- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib