XƏBƏRLƏR
MƏLUMAT
"Azərbaycan mədəniyyəti" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2025 11:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 15 aprel - Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş "Azərbaycan mədəniyyəti" adlı tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Mədəniyyət gününün təsis edilməsindən söz açılıb, ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz, rəqslərimiz min illərin sınağından keçərək bu günümüzə qədər gəlib çatıb.

Bədii hissədə Mədəniyyət Mərkəzinin  "Könül" xalq rəqs ansamblı, "Oğuzlar" folklor xalq ansamblı, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı, "Ailə" folklor xalq ansamblının üzv və solistləri konsert proqramı ilə  çıxış ediblər.

 

Baxış sayı: 113