XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır
ÜMÜMİ XƏBƏRLƏR
13/01/2025 14:56

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyənlər, lakin ssenari yazılışı texnikasına bələd olmayanlar "Ssenaristin əlifbası" ibtidai intensiv təlimə qoşula bilərlər.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, təlimin mentoru, rejissor və prodüser Oleq Səfərəliyevdir.

Təlim, yanvarın 18, 19, 25 və 26-da AKİ-nin Bülbül prospekti 30 ünvanında yerləşən ofisində keçiriləcək.

İştirak etmək istəyənlər [email protected] email ünvanına "Ssenaristin əlifbası" başlığı altında müraciət edə bilərlər.

Təlimdə iştirak ödənişsizdir.

Baxış sayı: 50