Avqustun 17-dən sentyabrın 1-dək Rusiya Federasiyasının Həştərxan şəhərində “Mədəniyyət” milli layihəsi çərçivəsində ənənəvi “Xəzər mövsümləri” Beynəlxalq Klassik İncəsənət Festivalı təşkil ediləcək.
AZƏTAC Rusiya mediasına istinadla xəbər verir ki, festivalda Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Belarusdan olan artistlər iştirak edəcəklər.
Festivalın açılış mərasimi Həştərxan Kremlinin Kilsə meydanında olacaq. Təntənəli mərasimdə Kabardin-Balkar Respublikasının Xalq artisti Mixail Qolikovun rəhbərliyi ilə Xəzəryanı Dövlətlərin Simfonik Orkestri və Rusiyanın Əməkdar artisti, Başkortostan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdrazakov, Rusiyanın Əməkdar artisti və Bolşoy Teatrın solisti Aqunda Kulayeva, Azərbaycanın Xalq artisti, Bolşoy Teatrın solisti Dinara Əliyeva, “Astana Opera” balet teatrının solistləri Anastasiya Zaklinskaya və Serik Nakıspekov, habelə Türkmənistan və İranın tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Festivalın maarifləndirici proqramı çərçivəsində avqustun 18-dən 20-dək Xəzəryanı dövlətlərin solistləri, musiqiçiləri və balet artistləri Vokal Akademiyası, Orkestr Akademiyası və Balet Akademiyasında ustad dərsləri keçəcəklər.
Avqustun 18-də Qu gölünün sahilində Xəzəryanı dövlətlərin orkestrinin nəzdindəki Brass Ansamblının artistləri çıxış edəcəklər. Konsert proqramı bir saatdan çox davam edəcək və tamaşaçılara təkcə məşhur əsərləri deyil, həm də çoxlu canlı təəssüratları bəxş edəcək.
Avqustun 20-də açılacaq və festivalın sonuna qədər davam edəcək Diyarşünaslıq Muzeyindəki “Rusiya - Xəzər dənizi” fotosərgisi də böyük maraq doğuracaq. Sərgiyə gələnlər Həştərxan və Xəzər fotoqraflarının fotoşəkillərindən həzz ala biləcəklər. Bundan əlavə, sərginin açılışı çərçivəsində etnik qrupların və solistlərin iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Ertəsi gün Həştərxan Filarmoniyasında vokal və orkestr akademiyasının üzvlərinin, eləcə də Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin gənc artistlərinin hesabat konserti olacaq. Klassik əsərlərin biliciləri musiqi tarixinin məşhur nümunələrinə qulaq asacaqlar.
Gənclərin simfonik orkestri avqustun 22-də Volqa sahilində çıxış edəcək. Avqustun 23-dən 28-dək isə Həştərxan Filarmoniyasında iştirakçı ölkələrin solo konsertləri keçiriləcək.
Avqustun 30-da və 31-də Həştərxan Kremlinin Kilsə meydanında Həştərxan Opera və Balet Teatrının təqdimatında A. S. Darqomıjskinin “Rusalka” operasının premyerası olacaq.
Sentyabrın 1-də “Xəzər fəsilləri”nin final mərhələsində keçiriləcək konsertdə Rusiyanın Xalq artisti, Bolşoy Teatrın və Milanın La Skala Teatrının prima balerinası Svetlana Zaxarovanın çıxışı olacaq.
Festivalın rəsmi təşkilatçısı Həştərxan vilayəti Hökumətinin dəstəyi ilə Həştərxan Opera və Balet Teatrı, Həştərxan Filarmoniyası ilə Birgə Mədəni Proqramların İcrası Direktorluğudur.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə