XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/02/2025 10:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər gəncləri təbrik ediblər, onlara uğur və müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə bildirilib ki, dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırıb.

Baxış sayı: 28