XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/08/2025 10:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib.

Çıxışçılar Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd ediblər. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb.

Azərbaycan dövlətinin gənclər siyasətini həmişə dövlətin prioritet məsələsi kimi qəbul etdiyini və bu yöndə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırılıb.

 

Baxış sayı: 235