XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2022 02:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Təranə Məmmədova “Azərbaycan tarixində iz qoyan qadınlar” silsiləsi çərçivəsində adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun haqqında videoçarx hazırlayıb. Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatun Bayandur elində doğulub. Osmanlı qaynaqlarının verdiyi məlumata görə, onun əsl adı şah Xatundur. Müraciətdə Saray Xatun kimi səslənsə də, Azərbaycan qaynaqlarında o Sara Xatun kimi qeyd olunub.

Bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi olub.

Sara Xatun diplomat və dövlət xadimi olmaqla yanaşı hərbi sərkərdəlik bacarığına və dərin intuisiyaya malik qadın olub. Onun əqli çevikliyi çətin və mürəkkəb məqamlarda tez qərar çıxarmağa imkan verib.

O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparıb,Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə edib. Sara Xatun bir müddət Harput şəhərinin hakimi olub. Sara Xatun məscidi onun dövründə ucaldılıb və üzərində “Sara Xatun-Valideyi Uzun Həsən” yazılıb.

Sara Xatun uzaq tarixi keçmişdə- Orta əsrlərdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti, şəxsi şücaəti bugünkü və gələcək nəsillər üçün də örnəkdir!

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CZe5C31JwMp/?utm_source=ig_web_copy_link

Baxış sayı: 2081