XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan deyəndə” adlı film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2025 15:52

Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan deyəndə” adlı film nümayiş olunub.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən filmin nümayişində 196 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Film Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu və dövlətçilik fəaliyyətini əks etdirir.

Daha sonra qonaqlar “Ulu Öndərin ölməz irsi” adlı rəsm və kitab sərgisinə baxış keçiriblər, Mərkəzin rəsm studiyası və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 24