XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Beynəlxalq Tbilisi İncəsənət Sərgisinə dəvət olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 09:31

Aprelin 11-14-dək Gürcüstanda Dördüncü Beynəlxalq Tbilisi İncəsənət Sərgisi (TAF) təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, ExpoGeorgia məkanında keçiriləcək sərgiyə Azərbaycandan da dəvət olunub.

Sərginin təşkilatçıları bildiriblər ki, TAF 2024 yerli və beynəlxalq qalereyaları, eləcə də müstəqil rəssamları bir araya gətirərək əsərlərini daha geniş auditoriyaya təqdim edəcək. Ən böyük müasir incəsənət məkanı kuratorları, tənqidçiləri, kolleksiyaçıları, beynəlxalq medianı və dünyanın hər yerindən qonaqları bir araya gətirəcək.

Sərgilərlə yanaşı, yarmarkada müasir incəsənətin təbliğinə və dünya incəsənət səhnələri arasında əməkdaşlığın təşviqinə yönəlmiş tamaşalar, ustad dərsləri, bir sıra Taf Talks və digər tədbirlər keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 149