XƏBƏRLƏR
MƏLUMAT
“Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/08/2025 11:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin və “Soyqırım Həqiqətlərinin tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbirdə Yasamal rayon məktəblərinin müəllimləri, bələdiyyə əməkdaşları, məcburi köçkün ailələri və uşaqlar iştirak ediblər.

Öncə tədbir iştirakçıları Mərkəzin ekspozisiya bölməsində Ulu Öndərin büstünü ziyarət ediblər. Mərkəzin bələdçisi tərəfindən qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsini əks etdirən eksponatlar haqqında məlumat verilib.

Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində işğaldan azad olunmuş torpaqlara böyük qayıdış prosesi başlayıb. Qeyd olunub ki, bu prosesdə qadınların və uşaqların rolu və onlara göstərilən dəstək xüsusi önəm daşıyır. Çünki qadın ailənin dayağı, uşaqlar isə gələcəyimizin təminatıdır. Həmçinin tədbirdə “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açılıb.

Baxış sayı: 52