XƏBƏRLƏR
MƏLUMAT
AYB-nin üzvü şair Esmira Günəşin kitablarının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2024 16:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə AYB-nin üzvü şair Esmira Günəşin şəhidlərin əziz xatirəsinə həsr etdiyi kitablarının təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələri, məktəblilər, fəal oxucular iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb.

Esmira Günəş çıxışında şəhidlərin unudulmamasında, xatirələrinin daima əziz və uca tutulmasında bu cür təqdimatların rolunun əvəzolunmazlığını bildirib. Qeyd edib ki, şəhidlər məhz bu kitabların sayəsində yaşayacaq, unudulmayacaqlar.

Sonra kitabxananın azyaşlı oxucuları şairin şeirlərini söyləyiblər. 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri isə musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 149