XƏBƏRLƏR
MƏLUMAT
"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2025 11:18

AZƏRTAC xəbər verir ki,bu il keçiriləcək müsabiqənin şərhçiləri musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək. Bazeldə keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək.

“Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində 10 nömrə altında çıxış edəcək. Müsabiqə İctimai Televiziyada birbaşa yayımlanacaq.

Baxış sayı: 90