Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Toplantıdan öncə Qazaxıstan Milli Muzeyində Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi olub. Məlumat verilib ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında “Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın 2024–2025-ci illər üzrə yubileylər siyahısına daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında UNESCO-nun baş qərargahında beynəlxalq konfrans keçirilib.
Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası öz işinə başlayıb.
Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötən ildəki fəaliyyətindən danışıb, 70-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəfləri də diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev çıxışında fondun fəaliyyətinin türk xalqlarının mədəni inteqrasiyasına öz töhfəsini verdiyini bildirib.
İclasda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bütün türk əməkdaşlıq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir.
Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında "Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu imzalanıb: “Bu sənəd türk mədəni irsinin qorunması istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və konkret layihələrin icrasına imkan yaradacaq. Eyni zamanda əməkdaşlığımızın bariz nümunəsi kimi, fondun maliyyələşdirəcəyi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən XVIII əsrə aid məscidin bərpası layihəsini göstərmək olar. Bu, Azərbaycanın mədəni irsinin qorunması istiqamətində türk dövlətlərinin həmrəyliyinin təzahürü olmaqla yanaşı, tarixi abidələrimizin bərpasında yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, fondun 2025-ci il üçün tədbirlər planına “Türk dünyasında ozan-aşıq sənəti: Aşıq Ələsgər irsi” adlı beynəlxalq elmi konfransın keçirilməsi də daxil edilib”. Bildirilib ki, türk xalqlarının mədəniyyətinin və zəngin irsinin qlobal arenada tanıdılması və təbliğ edilməsi üçün yeni imkanların yaradılması zəruridir. Bu baxımdan, fondun 2025-ci il üçün tədbirlər planında nəzərdə tutulan mədəni irs üzrə rəqəmsal platforma – "Türk ensiklopediyası" əhəmiyyətli layihədir. Bu layihənin həyata keçirilməsi ilə türk xalqlarının mədəni irsinə (memarlıq abidələri, heykəltaraşlıq, rəssamlıq, tarix, adət-ənənələr və s.) aid zəngin məlumat bazası türk dillərində vahid bir platformada toplanaraq istifadəçilərə təqdim ediləcək.
Nazir çıxışının sonunda ötən ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması zamanı göstərdiyi yardım və dəstəyə görə Qazaxıstan hökumətinə, qardaş türk respublikalarına təşəkkür edib, toplantının işinə uğurlar arzulayıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı 2024-cü ilin 30 aprel tarixində Bakıda – qurumun qərargahında keçirilib.






- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib