XƏBƏRLƏR
MƏLUMAT
Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2024 09:17

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.

Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur.

Sərginin ən maraqlı komponentlərindən biri milli dekorativ sənətimizin unikal nümunələrindən Azərbaycan kəlağayısı Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ruslan Hüseynov və Fuad Cəbrayılovun fərdi kolleksiyalarında təqdim olunur. Təqdim olunan 20 kəlağayının incə texniki icrası ilə yanaşı, onların mənəvi mahiyyəti, geyinmə üsulu da tamaşaçılara nümayiş etdirilir.

Sərgidə gənc Azərbaycan modelyerləri Anara Zakirli və Leyla Babazadə tərəfindən yaradılan geyim modellərində ənənəvi ornamental motivlər yeni təqdimatda verilib.

 

Baxış sayı: 261