XƏBƏRLƏR
MƏLUMAT
“Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib.

Tədbirdə Polis Akademiyasının əməkdaşları, Zirə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, “Step” Reabilitasiya Mərkəzinin əməkdaşı, psixoloq,  120, 241, 324 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Çıxış edənlər asılılıq yaradan vərdişlərin istənilən növündən necə mühafizə olunmağın yolları haqqında məktəblilər üçün məsləhətlər veriblər, konsultasiyalar keçiriblər. Daha sonra  tədbir sual-cavab formasında davam edib və mövzuya dair digər   məsələlər müzakirə edilib.

Baxış sayı: 137