XƏBƏRLƏR
MƏLUMAT
Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2023 09:36

Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ölkəmiz festivalda təmsil edilib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.

Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.

Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

Baxış sayı: 157