XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 16:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İlk olaraq faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Bədii hissədə məktəblilər kompozisiyalar təqdim edib, şeirlər səsləndirib.

Baxış sayı: 181