XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində mahnı müsabiqəsi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2023 03:26

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində mahnı müsabiqəsi təşkil edilib.

Müsabiqəyə 16 iştirakçı qatılıb. Münsiflər heyətinin üzvləri olan Xalq artisti Şeyx Əbdül Mahmudov, Əməkdar artist Zakir Əliyev və tanınmış xanəndə Rövşən Əziz iştirakçıların çıxışlarını qiymətləndiriblər.

İki turdan ibarət olan müsabiqənin qalibi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Əlikərim Kərimli seçilib. O, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı ilə qalib olub.

5 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Amin Nəsibov 2-ci yerə, Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Mürsəl Ağazadə isə 3-cü yerə layiq görülüb.

Sonda qaliblər Diplom və hədiyyələrlə təltif olunublar.

Baxış sayı: 298