XƏBƏRLƏR
MƏLUMAT
“Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/07/2025 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, “Vətən sağ olsun” və “Vətən övladları” xeyriyyə cəmiyyətlərinin birgə təşkilatçılığı ilə şəhid Mehdi Fərzullazadənin 30 illiyinə həsr olunmuş “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər qeyd ediblər ki, hər bir şəhid – bu torpağın azad nəfəsi, tariximizin şanlı səhifəsidir. Şəhidlik - Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, həyatını gələcək nəsillərin rifahı və azadlığı naminə fəda etmək deməkdir. Vətən uğrunda can verən bu igid oğullarımızı tanımaq, onların keçdiyi şərəfli yolu öyrənmək hər bir vətəndaşın borcudur.

Tədbirin bədii hissəsində mahnılar və şeirlər səsləndirilib.

Sonda iştirakçılar Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

 

Baxış sayı: 82