XƏBƏRLƏR
MƏLUMAT
"Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2025 15:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirlərinə həsr olunmuş "Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub.

Film nümayişində Yasamal rayon 60 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Öncə şagirdlər Mərkəzin ekspozisiya zallarında Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Filmin nümayişindən öncə şagirdlərə “Antiterror əməliyyatı” haqqında məlumat verilib.

Daha sonra film nümayiş olunub.

Baxış sayı: 24