XƏBƏRLƏR
MƏLUMAT
Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2023 05:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında 27 Sentyabr – Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Dəyirmi masada çıxış edənlər 27 sentyabr- tarixinin Ordumuzun qüdrətinin, gücünün, milli birliyimizin, mübarizliyimizin bütün dünyaya sübut edildiyi tarixin başlanğıcı olduğunu qeyd ediblər.

Daha sonra tədbirdə II-ci Qarabağ müharibəsinin iştirakçısı,  qazi Vüsal Abbasov çıxış edərək tədbir iştirakçılarına iştirak etdiyi döyüşlərdən danışıb və keçdiyi şərəfli yol haqqında məlumat verib. Qeyd edək ki, V. Abbasov Füzülinin alınmasında iştirak edib və Vətən müharibəsi iştirakçısı və cəsur döyüşçü medalları ilə təltif olunub.

Sonda vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söylənilib.

Baxış sayı: 366