XƏBƏRLƏR
MƏLUMAT
“Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 14:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Bakı Dövlət Universitetinin nəzdində ”Gənc İstedadlar” liseyinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

Çıxışçılar Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərindən və ana dilimizə göstərilən xüsusi diqqət və qayğıdan bəhs ediblər.

Açıq dərsdə mövzu ətrafında çıxışlar, şagirdlərin ifasında ana dilinə həsr olunan bayatılar, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirilib.

Sonda Beynəlxalq Ana Dili Gününə həsr olunan videoçarx nümayiş olunub, mövzu ilə bağlı məruzə dinlənilib.

Baxış sayı: 53