XƏBƏRLƏR
MƏLUMAT
“Aktyorluğu öyrən” layihəsinə start verir
ÜMÜMİ XƏBƏRLƏR
01/08/2024 16:42

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi - Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbi “Aktyorluğu öyrən” yeni layihəsinə start verir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi azyaşlı, yeniyetmə və gənclərin teatr və kino sənətinə marağını artırmaqla onlarda bədii istedadın və zövqün formalaşdırılması, həmçinin yuxarıda adıçəkilən ixtisasların ibtidai əsaslarının tədris edilməsidir.

Doqquz aylıq proqram çərçivəsində dərslər peşəkar pedaqoqlar tərəfindən həftədə iki dəfə, iki dərs saatı tədris olunacaq. Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında həyata keçiriləcək. Proqrama tələbələrin peşəkar teatr və kino prosesində təcrübə toplaması və tanınmış sənətçilər tərəfindən ustad dərsləri daxildir.

Proqramı uğurla mənimsəyən tələbələr sertifikat və diplomla təltif ediləcəklər.

Baxış sayı: 287