XƏBƏRLƏR
MƏLUMAT
Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2023 03:35

Aprelin  28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində  Azərbaycanın  görkəmli ­oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Mərkəzin muzey bölmələri ilə tanış olublar. Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ümummilli liderin əziz xatirəsini yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları bildiriblərki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.

Sonra Akademik Zərifə  Əliyeva adına liseyin şagirdləri görkəmli akademik Zərifə xanımın mənalı həyat yolu və elmi fəaliyyəti ilə bağlı çıxış ediblər.

Bədii hissədə şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqslər ifa olunub.

Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 220