XƏBƏRLƏR
MƏLUMAT
Ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2024 16:31

Oktyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə 309 nömrəli tam  orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir zamanı  ailə dəyərlərinin qorunması, ailənin cəmiyyətdə rolunun yüksəldilməsi haqqında danışılıb və bildirilib ki, Azərbaycan ailəsi milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Həmçinin  şagirdlər mövzu ilə əlaqədar öz fikir və təəssüratlarını bölüşüblər.

Baxış sayı: 58