XƏBƏRLƏR
MƏLUMAT
“Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2024 11:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası,  4 nömrəli kitabxana filialı və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib.

“Beynəlxalq Ailə Gününə” həsr olunmuş tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, 61 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər “Beynəlxalq Ailə Günü”nün yaranma tarixi haqqında məlumat verərək, ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyini vurğulayıblar.

Baxış sayı: 456