XƏBƏRLƏR
MƏLUMAT
“Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 16:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 №-li  kitabxana filialı ilə birlikdə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirib.

Tədbirdə kitabxananın fəal oxucuları, 109 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər  Beynəlxalq Ailə Gününün yaranma tarixindən ətraflı məlumat verərək qeyd ediblər ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönətməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 1999-cu ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi bütün bunların əyani sübutudur.

Qeyd olunub ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

 

Baxış sayı: 144