XƏBƏRLƏR
MƏLUMAT
“Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 11:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə “Ah , bu uzun sevda yolu” tamaşası nümayiş olunub.

Tamaşada qonaq qismində Əməkdar artistlər Elşən Rüstəmov, Mehriban Xanlarova, Münəvvər Əliyeva və Firuzə İbadova iştirak ediblər.

Çıxış edənlər tamaşada iştirak edən aktyorlara xoş arzularını çatdırıblar və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gənc aktyorların iştirakı ilə hazırlanan tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Şəfiqə Əliyeva, quruluşçu rejissoru Paşa Ağayev, musiqi tərtibatçısı Rəşad Yaqubovdur.

Baxış sayı: 89