XƏBƏRLƏR
MƏLUMAT
“Ağ atlı oğlan” bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2025 17:12

Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli kino” layihəsi çərçivəsində “Ağ atlı oğlan” bədii filmi nümayiş olunub.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən film nümayişində 106 və 166 nömrəli tam orta məktəblərin şagirdləri, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.

Tədbir zamanı milli kinonun geniş ictimaiyyət arasında təbliğinin əhəmiyyətindən, gənc nəslin estetik zövqünün formalaşdırılmasında və mədəni maarifləndirilməsində kino sənətinin rolundan, “Milli kino” layihəsi haqqında danışılıb.

Daha sonra “Ağ atlı oğlan” filminin ideya-məzmun xüsusiyyətləri, mövzusu və gənclər üçün verdiyi mənəvi dəyərlər haqqında məlumat verilib.

Ardınca filmə baxış keçirilib.

Sonda qonaqlar Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, çoxşaxəli siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 27