XƏBƏRLƏR
MƏLUMAT
Açıq havada kitab sərgisi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2025 14:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə açıq havada kitab sərgisi təşkil edib.

Sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, seçilmiş əsərləri, onun haqqında yazılan ədəbiyyat nümunələri, həmçinin kitabxanaya yeni daxil olan nəşrlər yer alıb.

Sərgi oxucuların böyük marağına səbəb olub.

Qeyd edək ki, kitabxana sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə mütəmadi olaraq sərgilər təşkil edir.

Baxış sayı: 37