XƏBƏRLƏR
MƏLUMAT
Açıq dərs təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2025 16:31

Dekabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi 114 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edib.

“Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində keçirilən açıq dərsdə xalqımızın böyük lideri, müstəqil dövlətimizin banisi Heydər Əliyevin siyasi irsi, Azərbaycanın inkişafı naminə gördüyü mühüm işlər və tarixi xidmətləri əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb. Onlara mövzu üzrə suallar verilib, diskussiya aparılıb.

Fəal məktəblilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən broşüralar təqdim olunub.

Baxış sayı: 8