XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
04/02/2025 12:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri  “Astana Stars” Beynəlxalq Festival Hərəkatı, Azərbaycan və Qazaxıstan ölkələrinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən III Beynəlxalq “Grand Piano” müsabiqəsində iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən fortepiano solo nominasiyasında məktəbin II sinif şagirdi Nuray Qurbanlı I yerə, III sinif şagirdi Ayan Xalıqova III yerə layiq görülüblər.

Baxış sayı: 125