XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 02:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan  olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi  uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla  yad olunub.

Tədbirdə  Ümummilli  Lider  Heydər Əliyevin həyat və fəaliyyətini  əks etdirən məruzə dinlənilib.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Qabil Ədalətin  “Ulu  bir  sərkərdə, Ulu  bir  Öndər” şeiri və  sözləri  Mehriban  Abdullayevaya, musiqisi  Elçin  Atayevə məxsus  “Dağ  vüqarlı, Ulu Öndər” mahnısı səsləndirilib. 

Tədbirin sonunda musiqi məktəbinin şagirdlərinin ifasında  konsert proqramı təqdim olunub.

Baxış sayı: 217