XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2025 17:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert keçirilib.

Əvvəlcə tədbirin aparıcısı bu əlamətdar günün yaranmasından danışaraq bildirib ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Sonra məktəbin müxtəlif ixtisaslar üzrə gənc müəllimləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Tədbir zamanı məktəbin fortepiano ixtisası üzrə müəllimi Cəmilə Bəşirli Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.

Baxış sayı: 32