XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2025 14:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk öncə məktəbin fəaliyyəti, nailiyyətləri haqqında məlumat verilib.

Daha sonra çıxış edənlər məktəbin kollektivini konsert münasibətilə təbrik edərək onlara yeni-yeni müvəffəqiyyətlər arzu ediblər.

Konsertdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri, həmçinin ilboyu müxtəlif müsabiqələrdə laureat olmuş şagirdləri, xalq çalğı alətləri orkestri, xor kollektivi Azərbaycan və xarici  ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

 

Baxış sayı: 71